Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıbbackend

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.

İnterpress.az xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.

Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.

Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Report”a Rusiya ərazisində agentliyin xəbərlərinə girişin məhdudlaşdırılması ilə bağlı heç bir xəbərdarlıq göndərməyib.