52 yaşlı britaniyalı qadın ərini hər dəfə evə gələndə yalan detektoru testindən keçirməyə məcbur edir.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.
Nəşr yazır ki, 52 yaşlı britaniyalı Debbi Vud ərini hər dəfə evə gələndə yalan detektoru testindən keçirməyə məcbur edən “dünyanın ən qısqanc qadını”dır.
Münasibətlərinin əvvəlində Debbi bilib ki, əri Stiv başqa birisi ilə gizli şəkildə görüşür və hər şey o zaman başlayıb:
• O vaxtdan bəri Stiv hər dəfə evə gələndə yalan detektoru testindən keçir;
• Debbi poçtuna nəzarət edir;
• Stivin digər qadınları görə biləcəyi kanalları bloklayır;
• O, hətta noutbukunda körpə filtri quraşdırıb.
Daha sonra ona Otello sindromu diaqnozu qoyulub. Bu nadir bir xəstəlikdir ki, adam partnyorunun aldatdığına inanır, həmçinin bipolyar pozğunluq və bədən dismorfik pozğunluğudur.
Debbi müalicə alır, Stiv səbirlə sevgilisini gözləyir və hər dəfə yalan detektoru testindən keçəndə titrəyir.
Xuraman Etibarlı
İnterpress.az