İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayırbackend

İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb.

Bir müddətdən sonra video həm \”YouTube\”, həm də \”DailyMotion\” hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.

İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayır

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən NotrhCaucasus adlı Twitter mikrobloqlar servisi istifadəçisi virtualaz.org-a videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

İŞİD Allahşükür Paşazadəyə sui-qəsd hazırlayır

Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. NorthCaucasus yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

İnterpress.az