Rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hazırda baş verən hadisə ilə bağlı araşdırma başlanılıb: “Xəsarət alanlar var. Amma nə onların kimliyi, nə də həmin adamlara kimlərin xəsarət yetirdiyi məlumdur. Nəticə barədə əlavə məlumat veriləcək. Həbs olunan yoxdur”.
Polis şöbəsi hadisə nəticəsində qulağı kəsilən şəxslərlə bağlı yayılan məlumatın yalan olduğu bildirilib: “Heç bir qulağı kəsilən yoxdur. Bu fakt təsdiqini tapmır. Bir nəfər xəsarət alan var, ona da tibbi yarım edilib”.
Qeyd edək ki, yayılan məlumatlara görə, Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. Otlaq sahələri üstündə gedən münaqişə zəminində iki nəfər – ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: \”Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib\”.
İnterpress.az