Bunu Interpress.az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda yayılan məlumatı şərh edərkən bildirib.
“Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyən XİN sözçüsü bildirib ki, hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və KİV haqqında qanunun ciddi pozuntusudur.
Fürsətdən istifadə edərək xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alət olmaqdan ehtiyatlı olmağa çağırırıq”.
Xatırladaq ki, “Haqqın.az\” portalının 29 may 2016-cı il tarixli “Dünya bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” adlı yazı yayımlamışdı.
Qeyd edək mki, sayt Ermənistan mətbuatından götürülmüş xəbəri təhrif edilmiş formada təqdim edib. Bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır.
Gülşanə Mustafayeva
İnterpress.az