Yüksək vəzifəli şəxsin atası qəzada öldübackend

Yüksək vəzifəli şəxsin atası qəzada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır. Sərxan Abdullayev sözügedən kollecdə “Avtomobilin istismarı” ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib.

Tələbə və müəllimləri daşıyan “Hyundai” markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb.

1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib. Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib. (modern.az)

İnterpress.az