\”Report\” \”Sputnik-Qruziya\”ya istinadən xəbər verir ki, bu barədə B.İvanişvilinin açıq məktubunda deyilir.
\”Biz Gürcüstanın maraqlarına toxunmadan, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm partnyor və dostlarımız – Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik\”, – məktubda deyilir.
Keçmiş baş nazir vurğulayıb ki, Gürcüstan üçün xarici kurs və oriyentir – birmənalı olaraq Avroatlantik istiqamətdir.
\”Biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur. Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil\”, – B.İvanişvili yazır. (musavat)
İnterpress.az