İŞİD-in Peyğəmbər (s) səhabəsinin qəbrini partlatmaq istəyi baş tutmayıb.
İslamazeri.az-ın \”Əl Aləm\”-ə istinadən verdiyi xəbərə əsasən, Kərkükün cənubunda yerləşən Cabir Ənsarinin türbəsində planlaşdırılan terror aktı baş tutmayıb. Məlumata görə, İŞİD üzvləri bu partlayış üçün plan hazırlayıblarmış.
İraq ordusunun sözçüsü Sərhəd Qadir bu haqda mediaya açıqlama verib.
\”Bir qrup naməlum şəxs məzarın yanına bomba quraşdırmışdılar. Mütəxəssislərimiz heç bir tələfat baş vermədən partlayışın qarşısını almağa nail olub.\”, – deyə hərbçi bildirib.
Qeyd edək ki, Cabir Ənsari İslam Peyğəmbərinin salamını nəvəsi İmam Muhəmməd Baqirə çatdıran və Əhlibeyt yanında xüsusi məqamı olan səhabədir. İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən şəxs də, məhz Cabir Ənsari olmuşdur.
İnterpress.az