Bakıda iki 16 yaşlı qız zorlandıbackend

Bakıda iki 16 yaşlı qız zorlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha iki 16 yaşlı qız zorlanma faktı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə məlumat “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən verilib.

16 yaşlı qızlardan biri Nigar Əzizova (ad şərtidir A.A) özündən 5-6 yaş böyük oğlan tərəfindən zorlanıb. Təcavüzə məruz qalan Nigar Əzizovanı valideynləri olmadığından xalaları böyüdüb. Ona görə də qız başına gələnləri xalalarına danışıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hətta iş o yerə çatıb ki, qızın bu duruma düşdüyünü həzm etməyən xalalar ona dəstək çıxmayaraq evdən qovublar. Bundan sonra çarəsiz qalan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Digər azyaşlı – 16 yaşlı Əminə Qədimova (ad şərtidir A.A) isə sosial şəbəkələrdən birində tanış olduğu oğlan tərəfindən zorlanıb. Qıza səmimi dostluq təklif edən gənc qızla görüşüb və onu Bakıya yaxın rayonlardan birinə apararaq onunla qeyri-təbii üsulla cinsi əlaqədə olub. Zorlanma faktına məruz qalan qızın bakirəliyi pozulmayıb. Bu səbəbdən Əminə Qədimovanı zorlayan şəxs bu məsələnin yalan olduğu iddiası ilə çıxış edir. Hər iki azyaşlının zorlanma faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq prosesi gedir.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən hər iki azyaşlıya psixoloji dəstək göstərilir.(cebheinfo)

İnterpress.az