Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Ermənistanın Araqatsotn vilayətinin Aruç kənd sakini 1 aylıq qızını Ararat vilayətinin Taperakan kənd sakininə 5000 ABŞ dolları müqabilində satıb.
Bildirildiyinə görə, körpə aprelin 9-da doğulub.
Aruç kənd sakinlərinin sözlərinə əsasən, uşağını satan qadın ağır maddi vəziyyətdə olduğuna görə bu addımı atıb. Həmin körpədən başqa, qadının daha 3 övladı var.
Polis faktla bağlı araşdırma aparır.(modern.az)
İnterpress.az