Ötən gün 1993-cü ildə Kəlbəcərin işğalı zamanı çəkilən və bu günlərdə yayılan bir videonu oxucularımıza təqdim etmişdi. Kəlbəcər rayonunun işğalı zamanı çəkilən həmin videoda bir qrup silahlı erməni hərbçisi yaşlı qadını əhatəyə alıb. Qadının bütün yalvarışlarına məhəl qoymayan ermənilər azyaşlı nəvəsini zorla ondan ayırıb tanka mindirərək aparırlar. Videoda görüntülənən hər iki şəxsin sonrakı taleyi ilə bağlı heç bir məlumat verilmirdi.
Girov götürülən azyaşlı Kəlbəcər rayonunun Zəylik kəndindən olan Zabil adlı şəxsdir. Zabilin girov götürülməməsi üçün yalvaran ağbirçək qadının adı isə Səadət olub. Zabil sonradan girovluqdan azad olunsa da, onun yaşlı nənəsi video çəkilişdən sonra Kəlbəcərdə qətlə yetirilib.
İnterpress.az