Bu dəfə İŞİD-in ideoloji rəhbərləri subay qadınları müəyyənləşdirmək üçün əmr etmişlər ki, qadınlar üçün spesifik örtük təyin edilsin.
İŞİD qadınları komandanın əmri ilə İraqın şimal qərbində istilaları altında olan bütün qadın və qızlara bildirmişlər ki, subay qadınlar islam örtüyü ilə bərabər ağ rübənddən istifadə etməlidirlər.
Evli qadınlar isə keçmişdəki kimi qara rübənd vurmadırlar. Həmin raporta əsasən Mosul əhalisi bu qanun elan olunduqdan sonra İŞİD-in sui-istifadəsinə mane olmaq üçün arvad-uşaqlarını eşiyə çıxarmaqdan çəkinirlər. Neçə vaxt bundan əvvəl İŞİD-çilər Mosulda iki qızı qaçırmışdılar.
İŞİD rəhbərləri bu təşəbbüslərlə camaatı sıxışdırmağa və həmin qanuna qarşıre aksiyalarını yoxlamağa çalışırlar. Xatırladaq ki, Mosul təqribən 6 ay bundan əvvəl İŞİD terrorçularının nəzarəti altına keçmişdir.
İnterpress.az