Metro iş rejimini dəyişəcəkbackend

Metro iş rejimini dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək.

“Həmin günlər \”28 May\”, \”Sahil\” və \”İçərişəhər\” metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.

Qeyd edək ki,iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq \”Formula 1\” Avropa Qran Prisi keçiriləcək.

Gülşanə Mustafayeva
İnterpress.az