“Əl Aləm”-in verdiyi xəbərə görə, İraq ordu qüvvələri əl-Ənbarda yerləşən Səqlaviyyə bölgəsini terorçulardan təmizləyərək, İŞİD-ın bayrağını İraq bayrağı ilə əvəz ediblər.
Əməliyyat dünən səhər saatlarında, İraqın könüllü xalq dəstələrinin (Həşdəş-şəbi) dəstəyi ilə həyata keçirilib.
Verilən xəbərlərdə deyilir ki, Səqlaviyyədən əlavə əş-Şihə kəndi də terorçulardan təmizlənib. Hazırda İraq ordu qüvvələri Səqlaviyyədən Fəllucəyə tərəf irəlləməkdədirlər. Fəllucədə 600 terrorçunun qaldığı bildirilir. Yüzlərlə Fəllucənin dinc sakini təhlükəsiz yerlərə köçürülüb. Bundan əlavə İraq ordusu İŞİD üzvlərinə əl-Məzrəə bölgəsində də qəfildən hücum ediblər. Hazırda döyüşlərin Fəllucənin mərkəzində getdiyi bildirilir.
İraq ordusunun qarşısında duruş gətirə bilməyən başkəsən İŞİD üzvləri qadın paltarında qaçarkən yaxalanıblar.
İnterpress.az