Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 9 -cu mərtəbəsindən kişinin özünü atması barədə xəbər vermişdik.
Məlum olub ki, intihar edən şəxs binanın 9-cu mərtəbəsində yaşayan Hacıyev Cavid Mobil oğludur. Meyit müayinə olunması üçün Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. APA-nın hadisə yerində olan əməkdaşı dəqiqləşdirib ki, 31 yaşlı Cavid Hacıyev özünü pəncərəsindən atdığı mənzildə ailəsi ilə yaşayıb.
Gənc ailənin azyaşlı qızı var. Qonşular Cavid Hacıyevi sakit xarakterli şəxs kimi tanıyır. Bir neçə gündür ki, onun həyat yoldaşı və qızı harasa gedib, Cavid Hacıyev mənzildə tək yaşayıb. Mayın 30-u gecə saatlarında evə gələn Cavid Hacıyev üzərindəki qızıl əşyaları, saatını və pulunu evə qoyaraq, özünü pəncərədən atıb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
İlkin ehtimala görə, Cavid Hacıyev ailəsində yaranmış münaqişə üzündən intihar edib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
İnterpress.az