İsrail ordusu tuneldən çıxan 5 nəfərlik silahlı qrupu zərərsizləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail hərbçiləri Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində – Rəfahın şərqində yeraltı tuneldən çıxan 5 nəfərlik silahlı qrup aşkarlayaraq məhv edib.
Məlumata görə, onlar İsrail hərbçilərinə yaxınlaşaraq birbaşa təhlükə yaratdıqları üçün zərərsizləşdiriliblər.
Ordu bildirir ki, həmin ərazidə İsrail qüvvələrinin mövcudluğu atəşkəs razılaşmasına uyğundur və hər hansı təhlükəni aradan qaldırmaq üçün əməliyyatlar davam etdiriləcək.
Xuraman Etibarlı
İnterpress.az






