Rusiyada DƏHŞƏT: Yeniyetmə dərs üstündə atasını ÖLDÜRDÜ – FOTObackend

Rusiyada DƏHŞƏT: Yeniyetmə dərs üstündə atasını ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 17 yaşlı gənc atasını küt alətlə öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Rusiyanın Karabaş şəhərində 17 yaşlı məktəbli atasını küt alətlə qətlə yetirib.

İlkin məlumata görə, oğlan uzun müddət atasının onu məcburi şəkildə dərs oxutmasına görə ona qarşı güclü nifrət bəsləyirmiş.

O, universitetə qəbul olmaq istəyib, lakin uğursuzluqdan sonra atasından fiziki zorakılıq görüb.

Hadisə günü yeniyetmə əsəbiləşərək ağır çəkic götürüb və atasının başına ölümcül zərbələr endirib. Evə gələn baba və nənəsinə isə “artıq sizin oğlunuz yoxdur” deyib.

Hazırda yeniyetmə saxlanılıb. Onun sinif yoldaşları bildirir ki, məktəbdə sakit və diqqət çəkməyən biri kimi tanınırmış.

Xuraman Etibarlı

İnterpress.az