Otuz yaşlı gənclər “erkən qocalır”.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya həkimləri məlumat yayıb.
Mütəxəssislər bildirir ki, gənclər arasında sağlamlıq vəziyyəti kəskin pisləşib.
Getdikcə daha çox 30 yaşlı insan diz, bel və çiyin ağrıları ilə həkimlərə müraciət edir — aşınma əlamətləri gözləniləndən daha tez görünür.
Həkimlər xəbərdarlıq edir ki, oturaq həyat tərzi oynaqları qoruyan sinovial mayenin istehsalını azaldır. Nəticədə qığırdaq zəifləyir, təsirlənmiş oynaqlar isə “ağrı ilə siqnal” verir.
Bundan başqa, iş günü ərzində hərəkətsiz qalan insanların birdən-birə ağır idmana başlaması vəziyyəti daha da pisləşdirir və xroniki problemlərə gətirib çıxara bilər.
Xuraman Etibarlı
İnterpress.az






