Tramp Ukrayna ilə bağlı sülh planından “son anda” xəbər tutub.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin yazdığına görə, Ukrayna üzrə 28 bəndlik sülh planının hazırlanması prosesi əsasən Uitkoff və Dmitriyevin nəzarətində olub.
ABŞ senatoru Marko Rubio sənədə daha sonrakı mərhələdə cəlb edilib.
Məlumata görə, keçmiş prezident Donald Tramp planın varlığından yalnız “son dəqiqələrdə” xəbər tutub, lakin qısa məlumatlandırıldıqdan sonra sənədi dərhal dəstəkləyib.
Planın detalları hələ ki, ictimaiyyətə açıqlanmır.

Xuraman Etibarlı
İnterpress.az






