Brüs Uillisin beyni ölümündən sonra təcrübələr üçün bağışlanacaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Aktor Brüs Uillisin həyat yoldaşı Emma bildirib ki, ailə artıq ən ağır anlara hazırlaşır və vaxt itirmədən bütün təşkilati məsələləri əvvəlcədən həll etməyə çalışır.
Onun sözlərinə görə, məqsəd sənədlərlə məşğul olmaq yox, həmin anda Brüsün yanında olmaqdır.
Emma Uillis deyib ki, aktyor vəfat etdikdən sonra onun beyni alimlərə təqdim ediləcək.
Ailə bu qərarı çətinliklə qəbul etsə də, bunun sayəsində frontotemporal demensiyanın öyrənilməsinə töhfə verəcəyinə inanır.
Həkimlər həmin xəstəliyin mexanizmlərini başa düşmək üçün uzun illərdir nümunələrə ehtiyac duyur.
Xuraman Etibarlı
İnterpress.az






