Moskvada 16 yaşlı yeniyetmə ticarət mərkəzinin mühafizəçisini və iki polisi bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskvada 16 yaşlı Hüseyn Hacıyev ticarət mərkəzində ona edilən “sadə” iradlardan sonra mühafizəçiyə bıçaqla hücum edib. Bir neçə zərbədən sonra yeniyetmə hadisə yerindən qaçıb.
Eyni gün polis onun axtarıb tapıb. Zərərsizləşdirilmə zamanı Hacıyev müqavimət göstərərək iki polis əməkdaşına ciddi bıçaq xəsarətləri yetirib.
Hadisə ilə bağlı cinayət işi açılıb, yeniyetmənin motivləri və mümkün təhlükəli əlaqələri araşdırılır.
Əldə olunan məlumata görə, mühafizəçi tərəfindən edilən “sadə” irad yeniyetmənin namaz qılması ilə bağlı imiş.
On altı yaşlı Hüseyn Hacıyev axşam namazını qılmaq üçün xalçasını Orexovı bulvarındakı ticarət mərkəzində sərib. Təhlükəsizlik işçiləri bunu görüb ondan ritualı dayandırmasını tələb ediblər. Bu isə yeniyetməni incidib və o, cinayətə əl atıb.
Xuraman Etibarlı
İnterpress.az






