Rusiyanın neft-qaz gəlirləri noyabrda üçdə bir azalıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin hesablamalarına görə, Rusiyanın noyabr ayı üzrə neft-qaz gəlirləri təxminən 35% azalaraq 520 milyard rubl səviyyəsinə düşüb. Bu, son ayların ən aşağı göstəricilərindən biri hesab olunur.
Gəlirlərin kəskin enməsinə rublun möhkəmlənməsi və dünya bazarında enerji qiymətlərinin ucuzlaşması təsir edib.
Bildirilib ki, Rusiya ilin əvvəlindən etibarən təxminən 8 trilyon rubl neft-qaz gəliri əldə edib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22% azdır və Maliyyə Nazirliyinin planından xeyli aşağıdır.
Son 11 ayda Rusiya neftinin orta qiyməti cəmi 57,3 dollar olub – bu, ötən ildən təxminən 11 dollar aşağıdır.
Xuraman Etibarlı
İnterpress.az






