Polşa Ukrayna vətəndaşlarını sərbəst buraxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Onet” məlumat yayıb.
Polşada dəmir yolu xəttində baş verən diversiya ilə bağlı şübhəli qismində saxlanılan dörd Ukrayna vətəndaşı prokurorluq tərəfindən azad edilib.
Onlar saxlanıldıqdan sonra 48 saat polis izolyatorunda qalıb, dindiriliblər və daha sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, 16–17 noyabr tarixlərində “Varşava–Lyublin” dəmir yolu xəttində relslərin altında partlayıcı qurğu işə düşmüş, həmçinin kontakt şəbəkəsinə ziyan dəymişdi.
Hadisə Polşada geniş rezonans yaratmış, ilkin olaraq diversiya ehtimalı üzərində dayanılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






