Venesuela prezidenti Maduronun çıxışının remiksi ilə rəqs etməsi gündəm oldu
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Venesuela prezidenti Nikolas Maduro mitinq zamanı öz çıxışının remiks edilmiş versiyasının sədaları altında rəqs edərək sosial şəbəkələrdə böyük rezonans yaradıb.
Prezident səhnədə gənclərlə birlikdə ritmə uyğun hərəkətlər edib və musiqi fonunda gənc nəslə çağırış ünvanlayıb.
Maduro çıxışında vurğulayıb ki, gənclər “müharibə deyil, dialoq və sülh” yolunu seçməlidirlər.
Onun remiks sədaları altında rəqsi çoxları tərəfindən Trampa rəqib olan “populyarlıq şousu” kimi qiymətləndirilib.
Hadisə prezidentin tərəfdarları arasında böyük coşğu yaratsa da, tənqidçilər bunu siyasi PR addımı adlandırıblar.
Xuraman Etibarlı
İnterpress.az






