Qırmızı Kitabın “itmiş” qurbağası 40 ildən sonra Rusiyada TAPILDIbackend

Qırmızı Kitabın “itmiş” qurbağası 40 ildən sonra Rusiyada TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 40 ildə ilk dəfə tapılan nadir qurbağa qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.

Rusiyanın Primorye bölgəsi ilə Çin sərhədində alimlər uzun illərdir axtarılan nadir buğumlu qurbağa — Glandirana emeljanovi növünü aşkar ediblər.

Bu növün Rusiyada mövcudluğuna dair indiyə qədər heç bir sübut yox idi.

Qurbağa 1984-cü ildə SSRİ-nin Qırmızı Kitabına “uzaqdan” daxil edilsə də, onun real yayılması illərlə müəmmalı qalmışdı.

Mütəxəssislərin məlumatına görə, axtarış prosesi onilliklər davam edib və yüksək çətinliklərlə müşayiət olunub. Nəhayət, növün yaşayış arealının Rusiyada da mövcud olduğu rəsmi olaraq təsdiqlənib.

“1984-cü ildə SSRİ Qırmızı Kitabına qiyabi olaraq daxil edilmiş qurbağanın axtarışı Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Federal Elmi Biomüxtəliflik Mərkəzinin alimləri tərəfindən aparılıb və kifayət qədər uzun çəkib”, – məlumatda deyilir.

Kəşf regionun bioloji müxtəlifliyinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.

Xuraman Etibarlı

İnterpress.az