Tailandda dəfn mərasimindən 5 dəqiqə əvvəl dirilən qadın hamını şoka salıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Tailandda 65 yaşlı qadın həkimlər tərəfindən ölümcül xəstəlik fonunda ağırlaşmalar səbəbilə ölmüş elan edilib.
Ailə onu məbədə gətirib dəfn mərasiminə hazırlayanda qəfil gözlənilməz hadisə baş verib: məbəd xidmətçiləri tabutu açanda qadının zəif tərpəndiyini görüblər.
Qadın dərhal yenidən xəstəxanaya aparılıb. Həkimlər onun nə ürək dayanması, nə də tənəffüs çatışmazlığı yaşadığını müəyyən ediblər.
Səbəb çox daha sadə və təhlükəli imiş — xəstənin qan şəkəri kritik dərəcədə aşağı düşmüşdü.
Hazırda qadın həkim nəzarətindədir və vəziyyəti stabildir.
Xuraman Etibarlı
İnterpress.az






