Maksim Oreşkin ənənəvi bankçılığın “ölümünü” proqnozlaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə T-bankın “TOLK” forumu məlumat yayıb.
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin ənənəvi bank sektorunun gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, klassik bankçılıq modelinin öz dövrünü başa vurduğunu və əslində “ölməli” olduğunu bildirib.
“Əgər Amerika maliyyə sisteminə nəzər salsanız, görərsiniz ki, o, dünya ÜDM-nin 2%-ni udur.
Bu, bəşəriyyətin vəsaitlərin idarə olunması kimi olduqca sadə bir xidmət üçün ödədiyi həddindən artıq böyük bir haqqdır”, – Oreşkin forumda çıxışı zamanı vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






