Koreya Respublikasının Prezidenti Şimali Koreyadan üzr istədibackend

Koreya Respublikasının Prezidenti Şimali Koreyadan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikasının Prezidenti Li Cje Myon PUA-ların buraxılmasına görə KXDR-dən üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Cənubi Koreya mətbuatı” məlumat yayıb.

Koreya Respublikasının Prezidenti Li Cje Myon nazirlər kabinetinin iclası zamanı maraqlı bəyanatla çıxış edib.

O, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatlarının (PUA) buraxılmasına görə Şimali Koreyadan (KXDR) üzr istəyib.

“Hökumətin bu işdə birbaşa iştirakı olmasa da, düşünülməmiş hərəkətlərin səbəb olduğu hərbi sahədəki lazımsız gərginliyə görə Şimaldan üzr istəyirəm”, – Li Ce Myon bildirib.

Xuraman Etibarlı

İnterpress.az