NYT-nin ŞOK HESABATI: İsrail İranı başsız qoyub, danışıqlara gedəcək kimsə qalmayıbbackend

NYT-nin ŞOK HESABATI: İsrail İranı başsız qoyub, danışıqlara gedəcək kimsə qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda vəziyyət mürəkkəbdir və rəsmi xəbərlərin əksinə, idarəçilik SEPAH-ın daxilindəki fanatiklərin kollektiv rəhbərliyinə keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

İrandakı hazırkı vəziyyətlə bağlı dərc edilən geniş materialda 20-dən çox mənbəyə, o cümlədən yüksək vəzifəli şəxslər, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri və Xameneiinin ailə üzvlərinə istinad edilib.

Nəşrin təhlilinə görə, İsrailin Ayətulla Əli Xamenei başda olmaqla siyasi rəhbərliyi məhv etməsindən sonra İranda hakimiyyət rəsmi elan edildiyi kimi Xameneinin oğlu və varisi Müctəba Xameneiyə deyil, SEPAH komandirlərinin kollektiv idarəetmə orqanına keçib.

Xəbər verdiyimiz kimi, Müctəba Xameneinin özü isə fevralın 28-dəki zərbələr nəticəsində aldığı ağır xəsarətlərə görə tam fəaliyyət qabiliyyətli deyil.

O, artıq ayağından üç dəfə cərrahiyyə əməliyyatı olunub və protezə ehtiyacı ola bilər, həmçinin qolundan əməliyyat keçirib.

Lakin Müctəbanın ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbi üz və dodaq nahiyəsindəki ciddi yanıqlardır ki, bu da onun nitqini əhəmiyyətli dərəcədə çətinləşdirir.

Plastik cərrahiyyəyə ehtiyacı olan Müctəba, özünü zəif göstərməmək üçün ictimai çıxışlardan qaçır.

Nəşr vurğulayır ki, İran rəhbərliyini başsız qoyan və nüfuzlu, mötədil Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qətlə yetirən İsrail və ABŞ gözlənilməz bir problemlə üzləşib. Belə ki, hazırda İranda danışıqlar masasına əyləşəcək bir qüvvə qalmayıb və SEPAH-ın sonuna qədər mübarizə aparmaq niyyətində olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az