Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Prezident Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması ilə bağlı qanun layihələrini Ali Radaya təqdim edib.
Mövcud hərbi vəziyyət və səfərbərlik rejimi mayın 4-də başa çatır. Parlament qanun layihələrini təsdiqləyəcəyi təqdirdə, növbəti dövr avqustun 2-dək davam edəcək.
Xalq deputatı Jeleznyakın daha əvvəl bildirdiyinə görə, parlament qanun layihələrinə aprelin 28-i və ya 29-da baxmağı planlaşdırır.

Xuraman Etibarlı
İnterpress.az






