Qırğızıstanda silsilə terror aktlarının QARŞISI ALINDI: 31 şübhəli şəxs SAXLANILDI – VİDEObackend

Qırğızıstanda silsilə terror aktlarının QARŞISI ALINDI: 31 şübhəli şəxs SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda genişmiqyaslı əməliyyatda İŞİD və “Katiba” üzvü olan 31 terrorçu saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) ölkənin Oş və Batken vilayətlərində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Əməliyyat nəticəsində terror aktları planlaşdırmaqda şübhəli bilinən 31 nəfər saxlanılıb.

Dövlət Komitəsindən verilən məlumata görə, xüsusi əməliyyat iyunun 9-na keçən gecə baş tutub.

Saxlanılan şəxslərin “Katiba ət-Tövhid vəl-Cihad” və İŞİD terror təşkilatları ilə əlaqəli olduğu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı silahlı hücumlar planlaşdırdıqları müəyyən edilib.

Aparılan axtarışlar zamanı təhlükəsizlik qüvvələri şübhəli şəxslərdən dini-ekstremist xarakterli ədəbiyyat, dörd ədəd odlu silah və pul vəsaiti müsadirə ediblər.

Hazırda saxlanılan şəxslərin digər mümkün əlaltılarının və əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az