Şirkət rəhbəri işçilərinə 3 min dollarlıq YUXU HƏDİYYƏSİ ETDİbackend

Şirkət rəhbəri işçilərinə 3 min dollarlıq YUXU HƏDİYYƏSİ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkət rəhbəri işçilərinin məhsuldarlığını artırmaq üçün onlara 5100 manatlıq “ağıllı” çarpayı üzlükləri hədiyyə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Business Insider” portalı məlumat yayıb.

Süni intellekt (AI) sahəsində fəaliyyət göstərən “Factory” startapının baş direktoru Matan Qrinberq (Matan Greenberg) işçilərinin iş məhsuldarlığını keyfiyyətli yuxu vasitəsilə artırmaq üçün onlara olduqca fərqli bir hədiyyə edib.

O, hər bir əməkdaşına çarpayını soyutmaq və qızdırmaq üçün xüsusi maye texnologiyasından istifadə edən “Eight Sleep” markalı ağıllı matras üzlüyü bağışlayıb.

Hədiyyənin hər birinin qiyməti 3000 dollardır (təxminən 5 100 manat).

Şirkət rəhbərinin sözlərinə görə, onun mühəndislərinin də eynilə peşəkar idmançılar kimi zehni fəaliyyətdən sonra tam bərpa olunması üçün keyfiyyətli və rahat istirahətə ciddi ehtiyacı var.

“Hər bir işçinin öz intellektual qabiliyyətlərindən maksimum dərəcədə yararlandığına əmin olmaq istəyirəm. Bunun üçün isə ilk növbədə yaxşı və rahat yatmaq lazımdır”, – Qrinberq qeyd edib.

Bu addım sosial şəbəkələrdə böyük marağa səbəb olub və bir çox insan startap rəhbərinin işçilərin mənəvi və fiziki rifahına göstərdiyi bu diqqəti yüksək qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az