“Samsung” və tərəfdaşlarına qarşı AĞIR İTTİHAM: RAM qiymətləri süni şəkildə QALDIRILIBbackend

“Samsung” və tərəfdaşlarına qarşı AĞIR İTTİHAM: RAM qiymətləri süni şəkildə QALDIRILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də “Samsung”, “Micron” və “SK Hynix”ə qarşı iddia: Operativ yaddaş (RAM) qıtlığı süni şəkildə yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qlobal bazarda operativ yaddaş (DRAM) qıtlığının süni şəkildə yaradıldığı iddia olunur. ABŞ-də texnologiya nəhəngləri – “Samsung”, “Micron” və “SK Hynix” şirkətlərinə qarşı irimiqyaslı kollektiv məhkəmə iddiası qaldırılıb.

Şirkətlər qiymətləri süni şəkildə qaldırmaq məqsədilə DRAM yaddaşlarının tədarükünü qəsdən azaltmaqda ittiham olunurlar.

İddiaçılar son zamanlar dünyada baş verən “süni intellekt bumu” bəhanəsini istehsalçıların yalnız öz manipulyasiyalarını gizlətmək üçün istifadə etdikləri rahat bir bəhanə adlandırırlar.

Əgər bu gizli kartel sövdələşməsi məhkəmədə sübuta yetirilərsə, istehsalçı şirkətləri çoxmilyardlıq antiinhisar cərimələri gözləyir.

Həmçinin, operativ yaddaşları süni şəkildə şişirdilmiş qiymətlərlə satın almış sadə istehlakçılar da rəsmi təzminat almaq hüququ əldə edə bilərlər.

Hələlik bu iddialar rəsmi olaraq sübut olunmasa da, açılmış bu iş yaddaş qurğuları bazarı tarixində ən böyük antiinhisar məhkəmə proseslərindən birinə çevrilə bilər.

Şirkətlərin rəsmi nümayəndələri hələlik mövzu ilə bağlı açıqlama verməyiblər.

Xuraman Etibarlı

İnterpress.az