Fövqəladə hallara HAZIRLIQ: İsraildə nəqliyyat və tibb marşrutları tam NƏZARƏTƏ ALINDIbackend

Fövqəladə hallara HAZIRLIQ: İsraildə nəqliyyat və tibb marşrutları tam NƏZARƏTƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail səhiyyə sistemini güclü zəlzələyə hazırlamaq üçün genişmiqyaslı təlimlərə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İsrail Səhiyyə Nazirliyi ölkənin Milli Fövqəladə Hallar İdarəsi ilə birgə səhiyyə sisteminin və tibb müəssisələrinin dağıdıcı zəlzələyə hazırlanması məqsədilə genişmiqyaslı təlimlərə başlayıb.

Təlim ssenarisinə əsasən, on minlərlə zərərçəkmişin olduğu, mühüm infrastrukturun dağıldığı, elektrik enerjisinin verilişinin kəsildiyi və nəqliyyat marşrutlarının tamamilə bloklandığı çətin şəraitdə tibb işçilərinin operativ fəaliyyəti sınaqdan keçirilir.

Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman-Tov zəlzələyə hazırlığın səhiyyə sistemi üçün ən mürəkkəb və çətin vəzifələrdən biri olduğunu bildirib.

Baş direktorun sözlərinə görə, təlimlərin əsas məqsədi ən ağır ssenarilər və hadisələrin ən mürəkkəb inkişafı zamanı belə tibbi xidmətlərin fasiləsiz fəaliyyət göstərməsini, insanların həyatının xilas edilməsini və keyfiyyətli təcili tibbi yardımın göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, son günlər Venesuelada baş vermiş dağıdıcı 7,1 maqnitudalı zəlzələdən və Yaponiyadakı güclü yeraltı təkanlardan sonra bir çox ölkələr seysmik təhlükəsizlik və fövqəladə hallara hazırlıq tədbirlərini sürətlə gücləndiriblər.

Təlimlərdə ölkənin bütün mülki müdafiə qüvvələri və hərbi-tibb bölmələri iştirak edir.

Xuraman Etibarlı

İnterpress.az