Maraqlı MƏHKƏMƏ: Avtomobilinə it şəkli yapışdıran sürücü CƏRİMƏLƏNDİ – FOTObackend

Maraqlı MƏHKƏMƏ: Avtomobilinə it şəkli yapışdıran sürücü CƏRİMƏLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərbənddə avtomobilinə məşhur pitbul etiketi yapışdıran sürücü cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Dağıstanın Dərbənd şəhər məhkəməsi avtomobilinin üzərinə rusiyalı bloqer Erik Davidıçın məşhur loqosu olan pitbul təsvirini yapışdıran yerli sürücünü cərimələyib.

Məhkəmənin qərarına əsasən, ağ-qara it təsviri Rusiyada fəaliyyəti qadağan edilmiş və ekstremist elan olunmuş Krasnodarın neonasist “Pit Bul” qruplaşmasının rəsmi simvoludur.

Bu qruplaşmanın üzvləri qeyri-slavyan xarici görünüşünə malik insanlara qarşı vəhşicəsinə hücumlar təşkil edib, həmin anları videoya çəkərək internetdə yayıblar. Pitbul təsviri isə onların əsas fərqləndirici loqosu rolunu oynayıb.

Məhkəmə prosesinin sonunda yerli sürücü öz təqsirini rəsmən etiraf edib və bu loqonun qadağan olunmuş ekstremist rəmzi olduğunu bilmədiyini söyləyib.

Nəticədə o, qadağan olunmuş atributların təbliği və kütləvi nümayişi maddəsi ilə 1000 rubl (təxminən 23 manat) məbləğində inzibati pul cəriməsi ilə cəzalandırılıb.

Hüquq-mühafizə orqanları vətəndaşlara avtomobillərin üzərinə fərqli etiketlər (stikerlər) yapışdırarkən onların mənşəyini və qanuni statusunu diqqətlə yoxlamağı tövsiyə ediblər.

Xuraman Etibarlı

İnterpress.az