Bakıda QDTİB-in Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıbbackend

Bakıda QDTİB-in Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb.

İnterpress.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda Biznes Forumu da keçiriləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək. Tədbir çərçivəsində plenar sessiyalar, təqdimatlar və B2B görüşlər də təşkil olunacaq.