“iPhone” istifadəçiləri üçün səsini kəsmək üçün idman tələb edən “ən bezdirici” zəngli saat yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
“iPhone” smartfonlarında səhərlər yuxudan oyanmaqda çətinlik çəkənlər və işə gecikənlər üçün dünyanın ən qeyri-adi və bezdirici zəngli saat tətbiqi istifadəyə verilib.
Bu mobil proqramın zəng səsini kəsmək üçün adi toxunuşlar kömək etmir. “PushClock” adlanan tətbiq zəng siqnalını yalnız istifadəçinin kamera qarşısında müəyyən sayda çöməlmə və ya jim hərəkətlərini tam yerinə yetirdikdən sonra söndürür.
Kamera vasitəsilə hərəkətləri izləyən süni intellekt tapşırığın dürüst icra olunduğuna əmin olduqdan sonra səsi kəsir.
Ağıllı tətbiqin daxilində çevik cədvəl parametrləri, istifadəçinin oyanma intizamını əks etdirən statistika bölməsi və fərqli melodiya seçimləri yer alır.
Yaradıcılar qeyd edirlər ki, bu layihə həm insanları səhər tezdən yuxudan oyatmağa, həm də onlara gündəlik idman vərdişləri qazandırmağa kömək edəcək.
Hazırda bu maraqlı “PushClock” zəngli saat tətbiqi “App Store” rəqəmsal mağazasından tamamilə pulsuz olaraq yüklənə bilər.
Bir çox istifadəçi tətbiqi “əsl işgəncə cihazı” adlandırsa da, onun effektivliyini yüksək qiymətləndirib.
Xuraman Etibarlı
İnterpress.az






