Xabarovskda 1 yaşlı qızını qapalı maşında qoyan ana sındırılmış şüşələrin DAVASINI ETDİbackend

Xabarovskda 1 yaşlı qızını qapalı maşında qoyan ana sındırılmış şüşələrin DAVASINI ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovskda biryaşlı qızını qapalı maşında unudan ana sındırılan şüşələrə görə dava salıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Xabarovsk şəhərində dəhşətli valideyn məsuliyyətsizliyi qeydə alınıb. Bir qadın biryaşlı qızını isti hava şəraitində bağlı avtomobilin içərisində təxminən 40 dəqiqə ərzində tək buraxıb.

Küçədən keçən sakinlər avtomobilin salonunda köməksiz və ağlayan körpəni fərq edərək dərhal maşının şüşələrini sındırıblar. Sakinlər azyaşlı qızı avtomobildən çıxararaq hadisə yerinə gələn təcili tibbi yardım həkimlərinə təhvil veriblər.

Bir qədər sonra hadisə yerinə gələn məsuliyyətsiz ana öz qorxunc hərəkətinə izahat vermək əvəzinə, sındırılmış maşın şüşələrinə görə ətrafdakılara qarşı kəskin etiraz edib və dava salıb.

Həkimlərin müdaxiləsi sayəsində körpənin vəziyyəti stabilləşdirilib və onun həyatı üçün təhlükə aradan qaldırılıb.

Xabarovsk polisi hadisədən dərhal sonra ananı “uşağı təhlükədə qoyma” və “valideynlik vəzifələrini yerinə yetirməmə” ittihamı ilə saxlayıb.

Rusiya prokurorluğu tərəfindən faktla bağlı genişmiqyaslı yoxlamalara başlanılıb.

Qadını uşağa qarşı laqeyd rəftara və onun həyatını təhlükəyə atdığına görə ciddi hüquqi məsuliyyət və valideynlik hüququndan məhrum edilmə təhlükəsi gözləyir.

Xuraman Etibarlı

İnterpress.az