Almaniyanın Ukraynadakı PUA zavodu Rusiya üçün qanuni hədəfdir.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov Almaniyanın Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən müəssisəsinin Rusiya Müdafiə Nazirliyi üçün qanuni hədəf olduğunu bəyan edib.
Onun sözlərinə görə, Ukrayna ərazisində xarici dövlətlər tərəfindən yaradılan və hərbi təyinatlı məhsullar istehsal edən istənilən obyekt Rusiya ordusunun hərbi zərbə hədəfləri siyahısına daxil edilə bilər.
Xuraman Etibarlı
İnterpress.аz






