Özbəkistandan Rusiyaya qaçaqmalçılıq yolu ilə 446 qiymətli daş keçirmək istəyən şəxs həbs edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistandan Rusiyaya baqajında 446 ədəd qiymətli və yarımqiymətli daş keçirməyə cəhd edən şəxs saxlanılıb.
Məhkəmənin qərarı ilə qaçaqmalçılıq törədən şəxsə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Gömrük nəzarəti zamanı aşkar olunan qiymətli daşların qanunsuz yollarla və bəyan edilmədən ölkə sərhədindən keçirilməsinə cəhd göstərildiyi müəyyən edilib.
Məhkum olunmuş şəxs cəzasını məskunlaşma tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Müsadirə olunan qiymətli daşlar isə dövlət nəfinə müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.аz






