Alimlər ev heyvanı ola biləcək uçan robot-balina hazırlayıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Alimlər ev heyvanı kimi bəslənilə biləcək uçan robot-balina hazırlayıblar. Bu layihə yeni nəsil qurğuların – yumşaq və havada süzən robotların ilk nümunəsidir.
Adi dronlardan fərqli olaraq, bu robotlar tamamilə səssiz uçur və ətrafdakıları narahat etmirlər.
Onlar daxilindəki helium qazı sayəsində havada qalır və xüsusi üzgəclərinin köməyi ilə hərəkət edirlər.
Yaradıcılar bu qurğuları ağıllı ev heyvanları kimi saxlamağı təklif edirlər. Robotlar insanı səhərlər zərif şəkildə oyada, masa arxasından qalxmaq vaxtını xatırlada və hətta qonaqlıqlarda gələnləri əyləndirə bilər.
Bundan əlavə, yeni robot-balinalardan müxtəlif interaktiv incəsənət obyektlərinin və müasir sərgilərin təşkilində də istifadə olunması nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.аz






