Qaqik Tsarukyanın kürəkəninin Göyçə gölü sahilindəki torpaq sahəsi ƏLİNDƏN ALINDIbackend

Qaqik Tsarukyanın kürəkəninin Göyçə gölü sahilindəki torpaq sahəsi ƏLİNDƏN ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qaqik Tsarukyanın kürəkəni Göyçə gölü sahilindəki torpaq sahəsindən məhrum edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ermənistanda həbsdə olan tanınmış iş adamı və siyasətçi Qaqik Tsarukyanın kürəkəni, Kotayk vilayətinin keçmiş qubernatoru Karapet Quloyan Göyçə (Sevan) gölü sahilində yerləşən torpaq sahəsindən istifadə hüququndan məhrum edilib.

Söhbət keçmiş qubernator tərəfindən icarəyə götürülmüş 2.5 hektar ərazidən gedir.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, həmin torpaq sahəsinin dəyəri 12 milyon 870 min dram və ya 26,5 min dollar (təxminən 45 050 manat) təşkil edir.

Nəzarət qurumu müəyyən edib ki, bu ərazidə kənar şəxslər tərəfindən torpaqların qanunsuz zəbt edilməsi halları qeydə alınıb və hazırda bu istiqamətdə hüquqi tədbirlər görülür.

Qeyd edək ki, Karapet Quloyan hazırda ev dustaqlığındadır. Onun qaynatası Qaqik Tsarukyan isə dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.

Xuraman Etibarlı

İnterpress.аz