Almaniyada qurbanlarının xəbəri olmadan onlara təcavüz edən 68 yaşlı elektrik ittiham olunur.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Berlin prokurorluğu 14 qadına qarşı törədilmiş cinayətlərlə bağlı 68 yaşlı elektrikə qarşı artıq 22 cinayət işi açıb. Lakin müstəntiqlər qurbanların sayının daha çox olduğunu və ən azı 58 nəfəri əhatə etdiyini güman edirlər. Hazırda istintaq hərəkətləri davam edir.
İttiham aktına əsasən, həmin şəxs qurbanları ilə onlayn platformalar vasitəsilə tanış olub.
Görüşlər zamanı o, qadınlara yuxu dərmanı və alkoqol qarışığı verərək onları huşsuz vəziyyətə gətirib, təcavüz edib və baş verənləri videoya çəkib.
Qurbanların özləri onlara qarşı törədilən bu cinayətlərdən tamamilə xəbərsiz olublar. Onlara bu barədə yalnız polisin apardığı araşdırmalar zamanı rəsmən məlumat verilib.
Bu qorxunc hadisə Fransada illərlə əri tərəfindən narkotik maddələrlə yatırılan və huşsuz vəziyyətdə onlarla yad kişinin təcavüzünə məruz qalan 73 yaşlı Jizel Pelikonun məşhur məhkəmə işini xatırladır.
Xuraman Etibarlı
İnterpress.аz






