Göydən yerə enən nəhəng BURULĞAN: Tornado yaşayış məntəqəsini DARMADAĞIN ETDİ – FOTO/VİDEObackend

Göydən yerə enən nəhəng BURULĞAN: Tornado yaşayış məntəqəsini DARMADAĞIN ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda dağıdıcı tornado baş verib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Başqırdıstan Respublikasında qorxulu və eyni zamanda qeyri-adi gözəlliyə malik tornado qeydə alınıb.

Təbiət hadisəsi əsasən kiçik Turumbet kəndində müşahidə olunub və sakinlər nəhəng burulğanın göydən birbaşa yerə endiyini lentə alıblar.

Güclü qasırğa yaşayış məntəqəsində ciddi fəsadlara yol açıb. Evlərin fasadları zədələnib, təbiət hadisəsi kənddə böyük qarışıqlığa və dağıntılara səbəb olub.

Hadisə nəticəsində yaralananların və ya digər fəsadların miqyası barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir rəsmi məlumat təqdim edilməyib.

 

Xuraman Etibarlı

İnterpress.аz