Alimlər müəyyən ediblər ki, acı yeməklər ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Allimlərin apardığı genişmiqyaslı araşdırmalar nəticəsində acı yeməklərin xərçəng, ürək və ağciyər xəstəliklərindən ölüm riskini azaltdığı məlum olub.
Tədqiqatlar göstərib ki, həftədə 6-7 gün acı təamlar yeyən insanların ölüm riski, acı qidalardan nadir hallarda istifadə edənlərlə müqayisədə 14% daha azdır.
ABŞ-də aparılan digər bir araşdırma isə acı qırmızı bibər sevənlərin ölüm riskinin 13% aşağı olduğunu ortaya qoyub.
Bir neçə elmi tədqiqatın nəticələrinin ümumiləşdirilməsi də acı qidaların insan ömrünü uzatdığı faktını təsdiqləyib.
Mütəxəssislər bu müsbət təsiri acı bibərə acılıq verən “kapsaisin” maddəsi ilə əlaqələndirirlər.
Bu maddə güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və qan damarlarının fəaliyyətinə olduqca müsbət təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.аz






