Çin ABŞ-nin hərbi müdaxiləsinə HAZIRLAŞIR: Səhradakı qeyri-adi POLİQONLARbackend

Çin ABŞ-nin hərbi müdaxiləsinə HAZIRLAŞIR: Səhradakı qeyri-adi POLİQONLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin səhrada ABŞ hərbi gəmilərinin real ölçülü maketlərini inşa edir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çin hərbçiləri Takla-Makan səhrasında ABŞ-nin hərbi obyektlərinin, o cümlədən “Arleigh Burke” tipli esmines gəmilərinin, qırıcı təyyarələrin, hərbi dəniz bazalarının və Tayvan rəhbərliyinə aid binaların real ölçülü maketlərini tikməyə davam edir.

Süni peyk görüntüləri göstərir ki, dənizdən 2700 kilometr uzaqlıqda yerləşən gəmi maketlərindən birinin tikintisinə 2026-cı ilin fevralında başlanılıb və bir neçə ay ərzində demək olar ki, tamamlanıb.

Bu cür poliqonlar Çin ordusuna real hədəflərə zərbə endirmək vərdişlərini məşq etməyə imkan verir.

Sadə konturlardan fərqli olaraq, üçölçülü modellər ağıllı raket yönləndirmə sistemlərinin sınaqdan keçirilməsi və zərbə nəticələrinin dəqiq qiymətləndirilməsi üçün olduqca əlverişlidir.

ABŞ gəmilərinin maketlərinin Tayvan obyektlərinin nüsxələri ilə eyni vaxtda peyda olması Pekinin yalnız Tayvana qarşı mümkün əməliyyata deyil, həm də ABŞ ordusunun potensial hərbi müdaxiləsinə ciddi şəkildə hazırlaşdığını nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.аz