Ana və 5 yaşlı qızını amansızlıqla qətlə yetirən şəxs ömürlük həbsdən XİLAS OLDUbackend

Ana və 5 yaşlı qızını amansızlıqla qətlə yetirən şəxs ömürlük həbsdən XİLAS OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadını və onun 5 yaşlı qızını amansızlıqla öldürən şəxs ömürlük həbsdən xilas olub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada qadını 5 yaşlı qızının gözü qarşısında amansızlıqla qətlə yetirən, daha sonra isə həmin uşağı da boğaraq öldürən Fərhad adlı tacik ömürlük həbs cəzasından yayınıb.

Dövlət ittihamçısı onun üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb etsə də, məhkəmə müəyyən yüngülləşdirici halları nəzərə alaraq onu 23 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərib.

Dəhşətli cinayət Fərhadın sərnişini olan qadının böyük məbləğdə miras əldə etdiyini öyrənməsindən sonra baş verib.

O, qadını kimsəsiz əraziyə apararaq azyaşlı qızının gözü qarşısında ona 10 bıçaq zərbəsi endirib. Sonra qurbanın cansız bədənini avtomobilində bir gün ərzində gəzdirib – bu müddətdə azyaşlı qız uşaq oturacağında anasının cəsədinin yanında əyləşib.

Fərhad qadının cəsədini gizlətdikdən sonra şəhərə qayıdaraq 5 yaşlı uşağı da boğub.

O, həmçinin zərərçəkənə məxsus avtomobili və 2 milyon rubldan (təxminən 43 min 600 manat) çox pulu qarət edib.

Məhkəmənin qatilə ömürlük həbs verməməsinə səbəb kimi onun haqqında verilən müsbət xasiyyətnamə və iki azyaşlı övladının olması göstərilib.

Xuraman Etibarlı

İnterpress.аz