Metroda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Dörd azyaşlı REANİMASİYADADIR – VİDEObackend

Metroda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Dörd azyaşlı REANİMASİYADADIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq metrosunda dörd uşaq zəhərlənib, onlar reanimasiyaya yerləşdiriliblər.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində metroda kütləvi zəhərlənmə hadisəsi baş verib. Metronun “Pionerskaya” stansiyasında qəfil səhhətləri pisləşən dörd uşaq təcili tibbi yardım maşını ilə reanimasiya şöbəsinə aparılıb.

İlkin məlumata görə, yaşları 9-dan 14-ə qədər olan uşaqlarda kəskin intoksikasiya (zəhərlənmə) əlamətləri aşkarlanıb.

Yeniyetmələr özləri metro əməkdaşlarına yaxınlaşaraq özlərini pis hiss etdiklərini bildiriblər və dərhal əraziyə təcili yardım çağırılıb.

Hadisə vaxtı eyni vaqonda olan digər sərnişinlər arasında zərərçəkən qeydə alınmayıb.

Hazırda hüquq-mühafizə orqanları və tibb mütəxəssisləri uşaqların hansı maddədən zəhərləndiyini və hadisənin digər təfərrüatlarını araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.аz