Rusiyada azyaşlıya divan tutan və onu ölümlə hədələyən ana HƏBS EDİLDİ – FOTO/VİDEObackend

Rusiyada azyaşlıya divan tutan və onu ölümlə hədələyən ana HƏBS EDİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçidə 1,5 yaşlı körpəsinə işgəncə verən və onu bıçaqla təhdid edən ana saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Soçi şəhərində 1,5 yaşlı körpəsinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirən və ona ağır işgəncələr verən 38 yaşlı ana saxlanılıb.

İstintaqın məlumatına görə, 2026-cı ilin iyun-iyul ayları ərzində qadın öz azyaşlı oğlunu mütəmadi olaraq döyüb, onun başına, qollarına və ayaqlarına xəsarətlər yetirib.

Hadisənin ən dəhşətli məqamı isə ananın körpənin boğazına bıçaq dirəyərək onu öldürməklə təhdid etməsi və uşağın atasına “Oğlunun qalıqlarını sənə poçtla göndərəcəyəm” deyə hədə-qorxu gəlməsi olub.

Faktla bağlı müvafiq cinayət maddələri ilə iş başlanılıb, qadın barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır və zəruri sübutlar toplanır.

Xuraman Etibarlı

İnterpress.аz