Telemətn SKANDALI: Trampın suflyor operatoru rüsvayçı fırıldaqda İTTİHAM OLUNUR – FOTObackend

Telemətn SKANDALI: Trampın suflyor operatoru rüsvayçı fırıldaqda İTTİHAM OLUNUR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın suflyor operatoru prezidentin çıxışlarına mərc edərək 100 min dollardan çox qazanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın telemətn (suflyor) operatoru Qabriel Peres dövlət başçısının çıxışları zamanı deyəcəyi konkret sözlərə mərc edərək qanunsuz yolla 100 min dollardan (təxminən 170 min manat) çox vəsait qazanıb.

2016-cı ildən Trampın suflyorunu idarə edən Peres bunu çıxış mətnlərini əvvəlcədən bilməsi sayəsində həyata keçirib.

Şübhəli fəaliyyət ictimai çıxışlar zamanı müəyyən sözlərin səsləndirilib-səsləndirilməyəcəyi ilə bağlı mərclər qəbul edən xüsusi platformada aşkarlanıb.

Araşdırmalar göstərib ki, Peres üç ay ərzində ABŞ Prezidentinin 12-dən çox çıxışına, o cümlədən Davos Forumundakı nitqinə böyük məbləğlərdə mərc edib.

Hadisədən sonra prezidentin qərarı ilə Peres ödənişsiz məzuniyyətə göndərilib. Tramp baş verənləri “rüsvayçılıq” adlandırsa da, operator hələ də rəsmi ştatda qalmaqdadır.

Peres isə ittihamların bir qismini artıq rəsmən etiraf edib.

Xuraman Etibarlı

İnterpress.аz